Nazirlikdə kadr dəyişikliyi: Baş direktor işdən çıxarıldı
Müdafiə Sənayesi Nazirliyində (MSN) kadr dəyişikliyi baş verib.
Minval.info “AzeriDefence” saytına istinadən xəbər verir ki, nazirliyin aparıcı müəssisələrindən olan “Üfiq” İstehsalat Birliyinin baş direktoru Ramiz Məmmədov tutduğu vəzifədən azad edilib. Onun yerinə “Optika-Mexanika” İstehsalat Birliyinin baş direktoru Çingiz Əliyev təyin olunub.
Bununla yanaşı, “Üfiq” İstehsalat Birliyinin strukturlarında da kadr dəyişiklikləri olub.
Qeyd edək ki, son illərdə R. Məmmədovun rəhbərlik etdiyi “Üfiq” İstehsalat Birliyinin müəssisələrində bir neçə hadisə olub. İki il öncə – 2016-cı ildə Birliyin Şirvan şəhərindəki “Araz” zavodunda ölümlə nəticələnən partlayış, fevralın 6-da isə “Radioquraşdırma” zavodunun anbarında yanğın baş verib.
Nazirlikdən bildirilib ki, bu günlərdə aparılan kadr dəyişikliyi nəticəsində “Optika-Mexanika” İstehsalat Birliyinin baş direktoru Çingiz Əliyev “Üfiq” İstehsalat Birliyinə, “Üfiq” İstehsalat Birliyinin baş direktoru Ramiz Məmmədov isə “Optika-Mexanika” İstehsalat Birliyinə rəhbər təyin edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bibiheybət məscidinin imamının diplomu tanınmadı
Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
SON DƏQİQƏSON DƏQİQƏ! “Arzum”la bağlı yeni QƏRAR VERİLDİ
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"