Nazirlik Sumqayıt bələdiyyəsini məhkəməyə verdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə Sumqayıt şəhərinin Səməd Vurğun və Sahil küçələrində tullantıların atılaraq qalaqlanması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
Xidmətin rəis müavini Ramal Bağırov Oxu.Az-a bildirib ki, sözügedən ərazilərə keçirilən baxış zamanı məişət və istehsalat tullantılarının ətrafa atılaraq qalaqlandığı və qanunvericiliyə uyğun idarə edilmədiyi təsdiqini tapıb:
“Faktla bağlı tullantıların idarə olunmasına cavabdeh Sumqayıt bələdiyyəsi barəsində protokol tərtib olunaraq hüquqi şəxs qismində 6500 manatdan 8000 manatadək cərimələnməsi üçün toplanmış materiallar Sumqayıt şəhər Məhkəməsinə göndərilib.
Ərazilərin tullantılardan təmizlənməsi, gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə bələdiyyə sədrinə məcburi göstəriş verilib.
Nazirlik tullantıların idarə olunmasına cavabdeh olan bələdiyyə və yerli icra orqanlarına bir daha müraciət edir ki, tabeliklərindəki ərazilərdə tullantıların qanunvericiliyə uyğun toplanmasını və daşınmasını təşkil etsinlər, əhalidə narahatlıq yaradan hallara, sanitar və ekoloji normaların pozulmasına yol verməsinlər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO