Nazirlik: Azərbaycanda orta aylıq əmək haqqı təxminən 710 manatdır
“Pensiya kapitalının çox olması ilə bağlı səsləndirilən fikirlərlə razı deyiləm. Bu gün ölkədə orta aylıq əmək haqqının məbləği təxminən 710 manatdır. Minimum pensiya məbləği isə 200 təşkil edir”.
“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya Siyasəti və Fərdi Uçota Nəzarət Şöbəsinin müdiri Elnur Abbasov Yeni TV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, təxminən 5-10 il sonra insanların pensiya sisteminə daxil olma şərtləri asanlaşacaq və yüksək məbləğdə pensiya almaq şansı yaranacaq.
Nazirlik rəsmisi bildirib ki, yaşa görə pensiya və sosial müavinətlə bağlı müəyyən qarışıqlıq yaranır: “Pensiya qazanılmış uğurdur. Bir şəxsin itirilmiş əməkhaqqı varsa, pensiya onun bərpası deməkdir. Qazanılmış pensiya məsələsi yoxdursa, yaş həddinə çatdıqda ona sosial müavinət təyin olunur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır