Nazirlər Kabineti Bayıla görə toplanır
Bayıl yamacında baş verən sürüşmə ilə əlaqədar bu gün Nazirlər Kabinetində müşavirə keçiriləcək.
Minval.info xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Onun sözlərinə görə, Baş nazirin müavini Abid Şərifovun sədrliyi ilə keçiriləcək müşavirədə sürüşmənin qarşısının alınması üçün təkliflər səsləndiriləcək və görüləcək tədbilər müəyyənləşdiriləcək:
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
“Prosesin baş vermə səbəbləri, onun əhatə dairəsi, təhlükəlilik dərəcəsi, sürüşmə müstəvisinə uyğun olaraq, qabaqlayıcı tədbirlərin görülməsi üçün təkliflər veriləcək. Ərazidə bərkitmə işləri aparılacaq”.
Ə.Qaralov deyib ki, hazırda ərazidəki sürüşmənin dərinliyi öyrənilir, onun əhatə dairəsi konturlaşdırılır, prosesin baş vermə səbəbi araşdırılır: “Buna uyğun olaraq, müxtəlif tədbirlər həyata keçiriləcək”.
Qeyd edək ki, son günlər ərzində Bayıl qəsəbəsində sürüşmə zonasındakı evlərdə çatların sayı artıb. Hazırda sürüşmə zonasında 90-a yaxın ev qəzalı vəziyyətdədir, 67 ailə artıq evlərindən köçürülüb.
Sürüşmə ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində (RİH) Xüsusı Qərargah yaradılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda