Nazirdən ŞAD XƏBƏR - Sosial müavinətlərin verilməsində DƏYİŞİKLİK - VİDEO
Əlillərin həm sosial müdafiəsi, həm tibbi reabilitasiyası, həm də hüquqlarının qorunması ilə bağlı müddəaların yer aldığı qanun layihəsi Milli Məclisə təqdim edilib. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Nazir ünvanlı sosial yardımların təyinindəki dəyişikliyə də toxunub. O, qeyd edib ki, yerlərdə maddi-məişət şəraitinin yoxlanılması yenidən bərpa edilib.
“Əlillərin sosial müdafiəsi haqqında” qanun layihəsi Milli Məclisə təqdim edilib.
Minval.İnfo xezerxeber.az-a istinadən bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov deyib. Nazir bildirib ki, layihədə əlillərin həm sosial müdafiəsi, həm tibbi reabilitasiyası, həm də hüquqlarının qorunması ilə bağlı müddəalar öz əksini tapacaq.
Səlim Müslümov ünvanlı sosial yardımların təyinindəki dəyişikliyə də toxunub. O, qeyd edib ki, sosial müavinətlər 2016-cı il fevralın 15-dən etibarən avtomatlaşdırılmış sistemlə təyin edilir. Hazırda 80 minə yaxın sakin ünvanlı sosial yardımı bu üsulla alır. Nazir deyib ki, avtomatlaşdırılmış sistem istifadəyə verilən yerlərdə maddi-məişət şəraitinin yoxlanılması aradan qaldırılmışdı. Lakin, Hesablama Palatası yerlərdə yoxlamalar aparıb və bəzi səbəblərdən maddi-məişət şəraitinin yoxlanılması bərpa edilib.
Nazir tərkibində əmək qabiliyyətli şəxslər olan ailələrə səslənərək məsləhət görüb ki, həmin insanlar Məşğulluq Mərkəzlərinə müraciət edərək özünəməşğulluq proramlarına cəlb olunsunlar. Bu məqsədlə dövlət tərəfindən 35,8 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır