Nazir Zakir Həsənov qazi jurnalisti ölümdən xilas etdi - FOTO
Qazi jurnalist, AzTV-nin Qarabağ Bürosunun əməkdaşı Sənan Həsənoğlu yanvarın 20-də hərbi hissələrdən birində çəkiliş edərkən ürəyi tutub.
O, huşunu itirib və dərhal xəstəxanaya çatdırılıb.
Birinci Qarabağ savaşında iştirak edən Sənan Həsənoğlu vəziyyəti ağır olduğundan Bakıya, Müdafiə Nazirliyinin hospitalına gətirilib. Artıq o, kritik durumdan çıxıb və həyatına təhlükə yoxdur. Musavat.com-a açıqlamasında Sənan Həsənoğlu deyib ki, ürəyinə 4 stend qoyulub: “Həkimlər bildirir ki, hər şey geridə qalıb. Rayonda çox ağır durumda olmuşam. Əgər Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun xüsusi diqqəti olmasaydı, bəlkə həyatda yox idim. Onun tapşırığı ilə dərhal Bakıya hərbi hospitala gətirildim və burada 4 stend yerləşdirilib ürəyimə. Bu, cənab nazirin qazilərə, eyni zamanda jurnalistlərə diqqəti, qiymətidir. Ona ailəmiz, özümün adımdan təşəkkürlərimi çatdırıram”.
Qeyd edək ki, Sənan Həsənoğlunun ürəyində 2 il öncə də problem yaranmış və o, uzun müddət Bakıda və Türkiyə xəstəxanalarında müalicə almışdı.(musavat.com)

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib