Nazir Xətainin Bakıdakı heykəlinin köçürülməsinə münasibət bildirib
“Şah İsmayıl Xətainin Bakıdakı heykəlinin köçürülməsi ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət olunmayıb və bu məsələ Bakı Şəhər İcra Hakimiyyəti qarşısında qaldırılmayıb”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
Onun sözlərinə görə, əgər buna dair müvafiq qərar verilsə, Nazirlik mütləq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə bu məsələni nəzərdən keçirəcək.
“Biz hazırda Hacı Zeynalabdin Tağıyev, Tofiq Quliyev, Müslüm Maqomayevin heykəlləri haqda düşünürük. Bu heykəllərin hazırlanması ilə bağlı müsabiqələr keçirilib və onlar artıq hazırlanma prosesindədir. Heydər Əliyev Fondu tərəfindən bu prosesə rəhbərlik olunur. Biz də bu işdə fəal iştirak edirik”, – deyə Ə. Qarayev qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər