Nazir: "Türkiyə ilə təhdid dilində danışmaqla heç nəyə nail ola bilməyəcəklər"
“Kipr Türkiyənin milli mübarizəsidir. Adada iki dövlətli bir quruluşun olması artıq qaçılmaz şərtdir”.
“Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
Yunanıstanla əlaqələrə toxunan nazir dialoq və siyasi həll yollarının tapılmasını vacib sayır: “Lakin biz bu məsələyə xoş niyyətlə yaxınlaşsaq da, yunan qonşularımız hadisələri gərginləşdirir, təhdid və təhrikedici bəyanatlar verirlər. Bu hərəkətləri ilə heç bir nəticə əldə edə bilməyəcəklərini başa düşməyəcək qədər də səhv edirlər. Türkiyəyə qarşı təhdidlə heç bir şey əldə etməyəcəklərini anlamalarını gözləyirik. İnanırıq ki, Egey dənizi, Aralıq dənizi və Kipr məsələsində tutduğumuz mövqe ilə siyasi həll yollarını açacağıq”.
H.Akar vurğulayıb ki, Türkiyənin kiminsə torpağında, suyunda, haqq və hüququnda gözü yoxdur: “Hər kəsin bir dəfə də olsun haqqımızı tapdalatmayacağımızı da bilmələrini istəyirik. Bizim “dialoqla mövcud problemləri həll edək” deməyimiz zəiflik kimi qəbul edilməməlidir. Biz sadəcə iki qonşu ölkələr arasında dostluq əlaqələrin qurulmasından danışırıq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Trampdan İrana ən sərt xəbərdarlıq: "Hörmüzdə hücum olsa, cavab ağır olacaq"
İsrailli nazir: Türkiyə ilə hərbi qarşıdurma sabah da baş verə bilər
Zelenski ABŞ-yə səfərə hazırlaşır
Tramp İrana sərt xəbərdarlıq etdi
Özgür Özəl 400 min üzvü arxasınca apardı - İLGİNC DETALLAR
Ermənistanda fermerlər üsyana qalxdı – Paşinyanı axtarırlar