Nazir tədrisin gec başlamasının səbəbini AÇIQLADI

“Azərbaycanda tədrisin 1-2 həftə gec başlaması hazırda ölkədə koronavirusa yoluxma sayının çox olması ilə bağlıdır”.
Minval.info-nun məlumatına görə, bunu yeni tədris ilinin təşkil olunması ilə bağlı keçirilən brifinqdə nazir Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, ötən həftədən başlayaraq yoluxma sayında azalma hiss olunsa da, rəqəmlər hələ də üç min civarındadır:
“Gündəlik yoluxanların 2 faizə qədəri təhsil işçiləri, 8 faizə qədər şagirdlərdir. Belə ki, 10 faizlik gündəlik yoluxma 300 nəfər edir ki, bu da həmin məktəbin distant təhsilə keçməsinə səbəb olur. Biz isə tədris başlayan kimi məktəbi distant təhsilə keçirmək istəmirik”.
“Güman edirik ki, növbəti həftələrdə ölkəmizdə koronavirusa yoluxma azalacaq”, – deyə nazir qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!