Nazir: "Pensiya sisteminin yeni inkişaf konsepsiyası hazırlanır"
“Avtomatlaşdırılmış pensiya təyinatı mexanizmi vasitəsilə 10 min nəfərə elektron qaydada pensiya təyin olunub”.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Regional Sosial Təminat Forumunda çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, bu ilin əvvəlindən “İşsizin DOSTu” proqramı artıq 36 min nəfər işsizin əmək müqaviləsi ilə ödənişli ictimai işlə təminatına imkan verib.
O, bu ilin ötən dövründə minimum pensiyaların və minimum əmək haqqının 40 faiz, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırıldığını qeyd edib.
S.Babayev qeyd edib ki, sosial təminat sistemi qarşısında dayanan çağırışlara uyğun islahatlar davam etdirilir, pensiya sisteminin yeni inkişaf konsepsiyası hazırlanır.
BSTA-nın Prezidenti Yoakim Bröyer isə qeyd edib ki, sosial təminatın qlobal səviyyədə öhdəliyi yüksək səviyyədə olmayıb: “Avropanın gələcəyi ilə bağlı müzakirə ediləcək məsələlər çoxdur. Bu müzakirələr təkcə sosial təminatının aktuallığı ilə deyil, onun sonu ilə bağlıdır. Sosial təminat sistemi cəmiyyətin, iqtisadiyyatın təməl sütunimuzun təşkil edəcək”.
Yoakim Bröyer vurğulayıb ki, avtomallaşdırma sayəsində iş yerlərinin sayı gələcəkdə azalacaq: “10 ildən sonra hər hansı sosial təminatı ola bilsin ki, təsəvvür edə bilməyək. Dəyişikliyin fonunda mühüm ismarıc da unudulmamalıdır. Digərləri deyil, bizlər, yəni sosial təminat sahəsindəki rəhbər şəxslər bu sahədə araşdırmalar aparmalı, əməli tədbirlər görməliyik. Yeni ideyalar üçün daha da irəli və siyasiləşdirilmiş dünyaya baxmalıyıq. Milliyətçilik deyil, beynəlmiləlçilik prinsiplərinə baxmalıyıq. Çətinliklərə ortaq həll tapmalıyıq”. Report
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır