Nazir iki şöbəni birləşdirdi — Yeni təyinat

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (NRYTN) daha bir yeni təyinat olub.
Minval.İnfo-nun Xeberler.az-a istinadən verdiyi məlumata görə, nazirliyin iki şöbəsi birləşdirilib.
Belə ki, NRYTN-in Elm, texnologiya və informasiya cəmiyyətinin inkişafı və Elektron idarəçiliyin inkişafı şöbəsi bir yerdə fəaliyyət göstərəcək. Bu şöbəyə isə Rəşad Əzizov müdir təyin olunub.
Qeyd edək ki, Rəşad Əzizov əvvəllər Milli Məclis aparatında çalışıb. O, həmçinin İKT sahəsində elmi araşdırmalarla da məşğul olub, hüquq elmləri doktorudur.
İndiyə qədər Elm, texnologiya və informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri vəzifəsini icra edən İsfəndiyar Əliyev isə yeni şöbəyə müdir müavini təyin edilib.
Xatırladaq ki, bir müddət öncə Elektron idarəçiliyin inkişafı şöbəsinin müdiri Elnur Aslanov vəzifəsindən azad edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib