Nazir: "Biz bədnam qonşularımıza yaradıcılığımızla da cavab verməliyik"
“Bu gün mədəniyyət o sahədir ki, insanların yaşayış mühitinə təsir göstərir. İnformasiya texnologiyaları vasitəsilə bütün mahnılar, rəssamlıq nümunələri, digər əsərlər dünyaya açılır”.
APA xəbər verir ki, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev deyib. Onun sözlərinə görə, bu məsələyə həssaslıqla yanaşılmalıdır: ”Qonşularla mübarizəmiz daha çox bu səpkidə gedir: “O gün olsun, bu mükafatları Cıdır düzündə təqdim edək. Biz hamımız dərk etməliyik ki, bizim gündəlik mübarizəmiz görünməyən cəbhədə gedir. Görünməyən mədəniyyət irsimiz, mətbəximiz, hər şeydir. Biz bədnam qonşularımıza yaradıcılığımızla da cavab verməliyik”.
Nazir bildirib ki, cəmiyyətimizdə yeni bir mühit formalaşdırılmalıdır: “Tarixi mirasımıza, mədəni sərvətlərə diqqətlə yanaşmalıyıq. Tarixi abidələri qorumasaq, onlarla istədiyimiz kimi davransaq, zibilləsək, yandırsaq, sanki doğma əcdadlarımıza hörmətsizlik edəcəyik. Tarixi mirasımız olmasaydı, müasir memarlıq da olmayacaqdı”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər