28.11.2022 - 15:46
RƏSMİ
35 baxış
Naxçıvanın Dövlət Gömrük Komitəsi ləğv edildi
Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib.
“Minval.info”nun xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə” fərmanında dəyişiklik edilməsi barədə fərmanda nəzərdə tutulub.
Belə ki, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.1-ci bəndindən “, həmçinin Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi” sözləri çıxarılıb.
Əsasnamənin 5.8-ci bəndindən “, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədrindən” sözləri çıxarılıb.
Habelə, Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb. Həmin idarə isə Dövlət Gömrük Komitəsinin strukturuna daxil edilib.
Dövlət Gömrük Komitəsinə Komitənin strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
15.10.2026 - 01:46
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
09.10.2026 - 16:38
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
09.10.2026 - 15:18
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
06.10.2026 - 13:39
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
04.10.2026 - 12:25
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
02.10.2026 - 18:53
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO
02.10.2026 - 16:44
FHN-in nəzarətində olan çimərliklərdə sudaboğulma qeydə alınmayıb
29.09.2026 - 11:26