13.12.2021 - 01:50
Siyasət
21 baxış
Naxçıvanın bir hissəsi və Zəngəzur necə işğal edilib? - Heydər Əliyevin çıxışı (VİDEO)
Heydər Əliyevin Zəngəzur və Naxçıvanın bir hissəsinin Ermənistana verilməsi ilə bağlı tarixi çıxışından olan bir hissə ümummilli liderin anım günündə sosial şəbəkələrdə geniş marağa səbəb olub.Minval.info Xezerxeber.az-a istinadla xəbər verir ki, çıxışda Heydər Əliyev işğal planını və torpaqlarımızın ermənilərə verilməsini tarixi detallarla, çox aydın şəkildə izah edir və bir çoxları üçün sensasiya sayıla biləcək faktları açıqlayır.
Ulu öndər çıxışında bildirir ki, Azərbaycanın əzəli torpaqları olan Mehri rayonunun Nüvədi kəndi 1929-cu ildə ermənilərə verilib və kənd əhalisi doğma torpaqlarını qorumaq üçün mübarizə aparıblar.
Ulu öndər Heydər Əliyev təəssüflə bildirir ki, həmin illərdə Azərbaycanın digər ərazilərində sürətlə erməni əhalisinin yerləşdirilməsi prosesi davam edib. Nəticədə isə Naxçıvanla Azərbaycanın digər ərazisi arasında ermənilərin nəzarətinə keçən ərazi süni şəkildə genişləndirilib.
Ulu öndər Heydər Əliyevin bu tarixi çıxışı da bir daha göstərir ki, Zəngəzur mahalı tarixən Azərbaycana məxsus olub və burdakı yerli azərbaycanlı əhali oradan zorla çıxarılıb. Buna görə də bu torpaqlardan zorla çıxarılaraq etnik təmizləməyə məruz qalan azərbaycanlıların öz dogma yurdlarına qayıtması üçün tam olaraq hüquqları çatır və bu, beynəlxalq hüquqda öz əksini tapıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
https://youtu.be/Q4cVNjDOElA
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mertsin reytinqi rekord səviyyədə enib
16.09.2026 - 20:05
Kosmosda silahlanma: Rusiya ABŞ-yə meydan oxuyur
16.09.2026 - 15:32
Yəməndə gərginlik: Husilərdən Səudiyyəyə zərbə
16.09.2026 - 14:43
Rusiya NATO ittihamlarını rədd etdi: "isterika və təxribat
14.09.2026 - 11:24
İraq-İran sərhədində üç keçid yenidən açılır
13.09.2026 - 22:20
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
12.09.2026 - 23:21
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
12.09.2026 - 22:04
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
12.09.2026 - 21:50