Картинки по запросу Navalny PutinRusiyalı müxalif bloger Aleksey Navalnı Rusiyaya qayıdıb. “Yeni Müsavat” xəbər verir ki, o, Moskvanın Şeremetyevo hava limanındaca hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb.

Navalnı 29 dekabr 2020-ci ildə dələduzluğa görə açılan cinayət işi çərçivəsində saxlanılıb. Minlərlə şəxs Navalnını qarşılamaq istədiyini sosial şəbəkə hesabında elan edib.

Avropa Şurasının rəhbəri Şarl Mişel Twitter səhifəsində yazıb ki, Rusiya hakimiyyətini onu dərhal azad etməyə səsləyir.

Kreml sözçüsü Dmitri Peskov onun saxlanılmasından xəbərdar olmadığını bildirib. “Üzr istəyirəm, onu Almaniyada tutublar? Bu barədə məlumatlı deyiləm”, – deyə sözçü bildirib. Hazırda özü də daxil olmaqla, ümumilikdə 69 nəfər həbs edilib. Saxlanılanlar arasında 6 jurnalist, 2 yetkinlik yaşına çatmayanın olduğu bildirilib. Almaniyada müalicə almış müxalif fəala öz ölkəsində “Noviçok” maddəsi ilə sui-qəsd edildiyi, kimlərinsə onu zəhərlədiyi sübuta yetirilib. Qərb buna görə Putin administrasiyasından bir neçə rəsmi şəxsə sanksiya tətbiq edilib. Bunun ardınca Navalnının Moskvaya enən kimi saxlanılması vəziyyəti gərginləşdirib.

Bəzi şərhçilərin firkincə, Navalnı hansısa qüvvələrin nəzarətində və əmrindədir. Hətta onun Putinin gizli adamı kimi xarakterizə edən, konspiroloji mülahizələr irəli sürənlər də var.

Navalnı 30 sutka həbs edilib

Onun zəhərlənməsi ilə bağlı məşhur araşdırmanın müəllifi olan jurnalist Xristo Qrozev deyib ki, Navalnı həbsinə və uzun müddət həbsdə qalacağına hazır idi. O, Navalnının siyasətçi kimi fikirləşdiyini bildirib:

“Əgər o, ata və ya həyat yoldaşı kimi görünsəydi, Almaniyada qalardı. Burada özünün siyasi işini təşkil edər və sonra geri dönərdi. Əgər Navalnı Almaniyada daha bir neçə ay qalsaydı, onu Rusiyada Qərbə satılan insan kimi təqdim edərdilər.

Mən onu tamamilə başa düşürəm. O, Rusiyada olmalıdır ki, burada onunla siyasətçi kimi hesablaşsınlar”.

Yazıçı-konspiroloq Həmid Herisçinin “Yeni Müsavat”a bildirdiyinə görə, dünya demokratları 20 yanvar gününə hazırlaşır.

Onun fikrincə, Baydenin inauqurasiyasına müxtəlif ölkələrdə demokratiya fəalları fərqli hazırlıq görür. H.Herisçi hesab edir ki, Navalnı da Rusiyada 20 yanvar planıdır.

Həmid Herisçi: “Dünya demokratları Baydenin andiçməsinə hazırlaşır, Navalnı da Rusiyada…”

“Baydenin andiçməsinə ermənilər bir cür hazırlaşır, rus müxalifəti Navalnı ilə hazırlıq görür. Hətta bizimkilər də… Hamısı istəyir ki, 20 yanvar günü demokratik qüvvələr bir yallı getsinlər. Türkiyədə Kılıçdaroğlu Baydenlə xor oxumağa hazırlaşır. Ümumiyyətlə, “demokratik xor” təşkilatlanır”.

H.Herisçinin sözlərinə görə, Navalnını neçə ildir hazırlayırlar: “Yaxşı şahmatçıdır. O, ”Yel” universitetinin gənc demokratik kadrlar proqramının iştirakçısıdır. Onlarda “Deep state” deyirlər, yəni dərin dövlət…

Orada bizim oynadığımız şahmatdan oynamırlar. Ona görə Navalnını inkar etmirəm, Rusiya siyasətində kreativdir. Amma Putinin xoşuma gələn bir yaxşı sözü var. Deyir ki, Çaadayevdən bu yana çoxlu tənqidçilər olub, əvəzinə heç nə təklif etmirlər, layihələri, quruculuğu, dəqiq yaradıcılıq nümunələri yoxdur. Ancaq tənqid üzərində köklənmiş siyasətçilər isə hakimiyyətə gələndə çətin vəziyyətə düşürlər. Navalnının “Axilles dabanı” məhz yaradıcı proqramının olmamasıdır”.

H.Herisçi qeyd etdi ki, Azərbaycanda Navalnının yalnız anti-Putin fəaliyyətinə diqqət yetirilib, halbuki onun ermənilərlə ciddi problemi var:

“Rusiyada erməni restoran sahibləri ondan təzminat istəyib. Onun mitinqlərinə göə obyektlər işləmir, bağlanır. Navalnı Maraqrita Simonyan və Tiqran Kosoyan kimi media adamlarını ifşa edib. Ümumiyyətlə, onun əlində ermənilərin yırtıcı siyasəti haqda yaxşı kompromat materiallar var. Onun onun ermənlə bağlı fəaliyyəti kölgədə qalıb, bizim mətbuat yalnız Putin əleyhinə fəaliyyətini görür. Navalnının ermənilərlə məhkəmə problemləri də var. Moskvada “Armeniya” dükanı ona qarşı iddia qaldırıb. Təəssüf ki, bunlara heç kim fikir vemədi”.

Natiq Cəfərli: “Deyilirdi ki, hansısa çevrələr Navalnıya kompromat ötürür, məmurlar arasındakı savaşda istifadə olunur, amma bundan sonra Putinin əsas rəqibi statusu qazanacaq”

REAL Partiyasının icraçı katibi Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, Navalnı Rusiyada gənc nəslin fikrinin ifadəçisi kimi populyarlaşıb.

“Bəzən elə məlumatlar olurdu ki, ona sıravi blogerin çıxış imkanı mümkün deyildi. Bu da cəmiyyətdə rəy yaratmışdı ki, hansısa çevrələr Navalnıya kompromat ötürür. Rusiya mediası da bu yanaşmanı xeyli müzakirə edib. Navalnının məmurlar arasındakı savaşda istifadə edildiyi iddiaları tirajlanırdı. Amma iki il qabaq o, “Ağıllı səsvermə” layihəsi ilə çıxış etdi, seçkilərdə ona uğur gətirdi, populyarlığı artdı. Zəhərlənməsi və Almaniyaya getməsi isə bütün dünyada onu tanıtdı, gələcəkdə Putinin əsas rəqibi olmaq versiyasını gücləndirdi”.

Rusiyada müxalifət lideri Aleksey Navalnı həbs edilib - BBC News Azərbaycanca

N.Cəfərli post-Putin dövrünün asan olmayacağı qənaətindədir: “Rusiyada bir şəxsin 21 ildən artıq rəhbərlik etməsi elitalarda savaş yaradıb. Ona görə klanlararası mübarizədə varis tapmaq problemi olarsa və Qərblə əlaqələri yaxşılaşdırmaq lazımdırsa, Navalnı bir namizəd kimi meydana çıxa bilər. Ona görə bundan sonra Rusiya siyasətində Navalnı önəmli fiqur olacaq və Putinin əsas rəqibi statusu qazanacaq”.

Bir sıra ekspertlər isə Navalnının heç də demokrat olmadığını, qatı şovinist və proqnozlaşdırıla bilməyən bir fiqur olduğunu deyirlər…