Narkoloji Mərkəzdə ölənlərin ailələrinə pul verildi
Baş nazirin müavini, yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov AzVision.az-a eksklüziv açıqlamasında bildirib ki, həlak olan hər bir şəxsin ailəsinə 10 min manat məbləğində yardım edilib.
Baş nazirin müavini vurğulayıb ki, xəsarət alanlara isə orta hesabla 500 manat maddi yardım göstərilib. A.Şərifov qeyd edib ki, aldığı xəsarətin dərəcəsindən asılı olaraq bəzilərinə isə 1000 manat vəsait verilib.
Qeyd edək ki,martın 2-də Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı 25 nəfər həlak olub. Aparılan araşdırma zamanı yanğının qəsdən törədildiyi məlum olub. Hadisədə təqsirli bilinən Narkoloji Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov saxlanılıb.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda
