Nar ilə inklüzivliyə dair hekayələr təqdim olunur
“Nar” mobil operatoru, inklüzivliyi təşviq edən yeni bir sosial layihə ilə cəmiyyətə xidmət etməyə davam edir. “Bütün Vücudlar Danışır” adlı bu layihə, “DanceAbility Azerbaijan” tərəfindən həyata keçirilir və icma üzvlərinin real həyat hekayələrini illüstrasiyalar vasitəsilə təqdim edir.
İlk hekayə, eşitmə məhdudiyyəti olan Nərgizin əmək fəaliyyətinə dair təcrübələrini əks etdirir. Bu format, qısa mətndən və aydın illüstrasiyalardan istifadə edərək, inklüzivlik mövzusunu daha geniş auditoriyaya çatdırmağı hədəfləyir.
Layihənin əsas məqsədi, əlilliyi olan və olmayan insanların bir araya gəlməsini təşviq etmək, inklüziv icma yaratmaq və əlillik mövzusunda ictimai məlumatlılığı artırmaqdır. 2025-ci ilin dekabrından etibarən davam edən layihədə indiyə qədər 238 nəfər iştirak edib, bunlardan 51-i əlilliyi olan, 187-si isə əlilliyi olmayan şəxslərdir. Layihə çərçivəsində rəqs məşğələləri, icma görüşləri, master-klaslar və birgə fəaliyyətlər təşkil olunur. İştirak etmək istəyənlər qeydiyyat linki vasitəsilə müraciət edə və ya “WhatsApp” üzərindən (+994772828880) əlaqə saxlaya bilərlər.
“Nar”, sosial məsuliyyət strategiyası çərçivəsində inklüziv cəmiyyətin inkişafını, bərabər imkanların yaradılmasını və hər kəsin cəmiyyət həyatında fəal iştirakını dəstəkləyir. “Bütün Vücudlar Danışır” layihəsinə göstərilən dəstək də bu istiqamətdə atılan addımlardandır.
Hazırda 2.2 milyon abunəçiyə xidmət edən “Nar”, son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə görə Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın müştəriyönümlü strategiyası dayanır. Mobil operator, istifadəçilərinə sərfəli qiymətə dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.
Şirkət, gənclərin süni intellekt sahəsində bilik və bacarıqlarının inkişafına yönəlmiş təşəbbüsləri də dəstəkləməyə davam edir.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Avropada yeni sərhəd sistemi təxirə salındı
Balqabaq mövsümü başladı: Qiymət və faydaları açıqlanır
Chandra altı qalaktikada 84 sirli obyekt aşkarladı
Adil Əliyev: "Bar verməyən ağaca daş atan olmur
Vergi xidmətinin təcrübəli əməkdaşı dünyasını dəyişdi
Süni intellekt hansı peşələri yox edəcək?
Şəkidə faciə: "rolik" iki can aldı