Nərmin Şahmarzadənin məhkəməsi yekunlaşdı - Cəzası bəlli oldu
Xətai rayon Məhkəməsində Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama İbrahimovanın psixoloq Nərmin Şahmarzadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı qərar verib.
“Yeni Sabah” xəbər verir ki, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Qərara əsasən Nərmin Şahmarzadə 400 saat islah işləri cəzası alıb.
Qeyd edək ki, N.Şahmarzadə ötən il dekabrın 5-də yazdığı statusdan bir neçə gün sonra facebook profilində canlı yayımda Milli Qəhrəmanın ailə üzvlərindən üzr istədiyini dilə gətirib, bəzi saytların onun statusunu təhrif etdiyini deyib. Məhkəmə Milli Qəhrəmanın anasının şikayətini icraata götürüb.
Azərbaycan Silahlı Qüvvələrinin giziri Mübariz İbrahimov 2010-cu il iyunun 18-də cəbhənin Tərtər rayonu Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək həlak olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Prezident “işdən çıxarmaq olmaz” deyir, əmr gəlib ki, ixtisar edin”
"ASAN xidmət"ə yeni səlahiyyətlər verildi - Bundan sonra...
Hava şəraiti kəskin dəyişir: qurumlara xəbərdarlıq edildi
Ata həbsdə yatan oğluna sarımsaq gətirdi, içərisindən heroin çıxdı - FOTO
Avtomobil bazarında QİYMƏTLƏR
Azərbaycanlı aktyor sənətdən getdi