06.08.2026 - 12:51
Hadisə 69 baxış

Nərimanovda yanğın təlaş yaratdı: Qəhrəman yanğınsöndürənlər iş başında!

Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli binada yanğın hadisəsi baş verib.

Minval.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Əhməd Rəcəbli küçəsində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub. Bu səbəbdən dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

Yanğınsöndürənlərin sürətli müdaxiləsi nəticəsində binanın ikinci mərtəbəsində başlayan yanğın qısa müddətdə nəzarət altına alınıb və genişlənməsinə imkan verilməyib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: