Nərimanovda mənzil axtaranlar üçün yeni imkanlar
Nərimanovda mənzil axtaranlar üçün yeni imkanlar açılır. Bu ərazidə yeni tikililərə olan maraq artmaqda davam edir. Mənzil seçərkən qiymət, keyfiyyət və gələcək dəyər kimi amillər ön planda dayanır.
Minval.info xəbər verir ki, ‘City Garden Narimanov’ layihəsi, ‘N.Nərimanov’ metro stansiyasına yaxın yerləşir və sakinlərə şəhərin mərkəzində rahat həyat təklif edir. Burada yaşamaq, işə, təhsilə və alış-verişə daha qısa zamanda çatmaq deməkdir.
Layihədə müxtəlif ölçülü mənzillər, o cümlədən 127,42 kv.m sahəsi olan 4 otaqlı mənzillər mövcuddur. Bu mənzillər geniş ailələr üçün ideal seçimdir. Tikinti keyfiyyəti və istifadə olunan materiallar layihəni fərqləndirir. Kompleksin fasadı keramoqranitlə üzlənir, bu da binanın estetik görünüşünü və davamlılığını təmin edir.
Layihədə səs və istilik izolyasiyası xüsusi diqqət mərkəzindədir. Mənzillərdə tətbiq olunan izolyasiya sistemləri küçə səslərini və qonşu mənzillərdən gələn səsləri minimuma endirir. Mərkəzi istilik sistemi isə qış aylarında mənzillərin bərabər və stabil şəkildə isinməsini təmin edir.
Mənzillər premium təmirli şəkildə təhvil verilir, bu da yeni ev alanların əlavə təmir işləri ilə vaxt və büdcə sərf etmədən köçə bilməsini təmin edir. Təmir zamanı tanınmış istehsalçıların məhsullarına üstünlük verilir.
Kompleksdə sakinlərin ehtiyaclarını qarşılayacaq geniş infrastruktur yaradılır. Ərazidə yeni mall, fitness mərkəzi və ‘LANDAU’ School yerləşəcək. Bundan əlavə, 17,4 hektar yaşıllıq sahəsi ilə sakinlərə daha rahat və sağlam yaşayış mühiti təqdim olunur.
‘Kristal’ şirkətinin ‘Evini hissə-hissə al’ modeli ilə alıcılar mənzillərini faizsiz və aylıq öhdəlik olmadan mərhələli şəkildə əldə edə bilərlər. Layihədə satışda hazır, təhvilə yaxın və tikintisi davam edən mənzillər mövcuddur. Alıcılar 20 ilədək ipoteka və ya 36 ayadək daxili kredit şərtlərindən yararlana bilərlər.
Əgər Nərimanovda uzun müddət rahat yaşayacağınız mənzil axtarırsınızsa, ‘City Garden Narimanov’ layihəsinin premium mənzilləri ilə tanış olun. Ətraflı məlumat üçün satış ofisinə yaxınlaşın və ya *1544 nömrəsinə zəng edin.
Ünvan: Nərimanov rayonu, Xəzri küçəsi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xoşqədəm Hidayətqızı arıqlama iynələrindən xəbərdarlıq etdi
Hüseyn Həsənovun 6 il həbs cəzası ala bilər
Şahzadə Harri və məşhurlar 'Daily Mail'ə qarşı məhkəmədə məğlub oldu
Məşhurların sahib olduqları bizneslər
Könül Kərimova: Gənc ifaçılara böyüklərə münasibət öyrədilməlidir
Elşad Xose: “Dəlixanadır, ay da...”
Afaq Bəşirqızı nəvəsini hərbi xidmətə yola saldı - Foto