Nərgiz Paşayevanın qızı "Park Cinema"nı tənqid etdi: İtini içəri buraxmayıblar

“Nargis” nəşriyyat evinin rəhbəri Ülviyyə Mahmudova İnstaqramda “Metropark” əyləncə mərkəzində yerləşən “Park Cinema”nı sərt şəkildə tənqid edib.
Minval.İnfo Qafqazinfo-ya istinadən xəbər verir ki, Ülviyyə Mahmudova kinoteatrı onun itini məkana buraxmamaqda ittiham edib.
“”Park Cinema”nın kinoteatrına gəldim. Mənim sevimli “Karabas”ımı zala buraxmadılar. Bu gündən etibarən “Park Cinema”ya yox, “Gənclik Mall”dakı “Cinema Plus”a gedəcəm. Ümid edirəm ki, heç olmasa onlar ev heyvanlarına yaxşı münasibət bəsləyəcəklər. İstərdim ki, kinoteatrlar pişik, it kimi təmiz, sevimli heyvanların bura qoyulmamağı ilə bağlı qaydalarını yenidən nəzərdən keçirsinlər”.
Qeyd edək ki, Ü. Mahmudova M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevanın qızıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib