Müxtəlif amillər neftin qiymətinə fərqli təsir göstərir

Müxtəlif amillər səbəbindən neft qiymətləri fərqli dinamika nümayiş etdirir.
“MİNVAL.İNFO” xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” markalı neftinin noyabr fyuçersləri 0,24 % bahalaşaraq, 1 bareli 71,88 ABŞ dollarına, oktyabr fyuçerslərinin qiyməti isə 0,06 % qalxaraq, 1 bareli 72,74 ABŞ dollarına satılıb. “WTI” markalı neftinin oktyabr fyuçerslərinin qiyməti isə əksinə 0,23 % ucuzlaşaraq, 1 bareli 68,58 ABŞ dolları təşkil edib.
Neft qiymətlərinə müxtəlif amillər təsir göstərir. Bir tərəfdən, bir neçə gün ərzində davam edən qiymət artımından sonra korreksiya amili “qara qızıl”ın qiymətlərinin aşağı düşməsinə səbəb olub. Digər tərəfdən isə “İda” qasırğasının Meksika körfəzində neft hasilatının azalmasına səbəb olması müsbət dinamikaya təsir göstərir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ağdamda düşmənin zərər yetirdiyi 121 ev bərpa edilir
BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşüb
May ayında neçə qeyri-iş günü olacaq?
Bakıda izdihamlı Qədr gecəsi - Fotolar
Bu uşaq iki aydır küçələrdə yaşayır - VİDEO
Bakıda evakuator sürücüsü qaydaları belə pozur - VİDEO