“Mustanq” Milli Bank qarşısında qəza törədib - VİDEO
Nəsimi rayonunda yol nəqliyyat hadisəsi baş verib.
ONA-nın verdiyi məlumata görə, Rəşid Behdudov küçəsində işıqforun qırmızı işığına hərəkəti davam etdirən “Ford Mustang” markalı avtomobil Milli Bank qarşısında əks istiqamətdə hərəkət edən “Hundai” markalı avtomobilə çırpılıb.
Zərbədən “Mustang” yerində çevrilib, “Hundai” isə dəmir səkiyə çırpılaraq dayanıb.
ƏLAQƏLİ
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
Qəza zamanı “Hundai” maşının sərnişini 1985-ci il təvəllüdlü Məmmədov Namiq Vaqif oğlu müxtəlif xəsarətlər alıb. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Qeyd edək ki, qəzanı törədən “Mustanq”-ın sürücüsü qadın olub.
Hadisə yerində polis əməkdaşları olublar. Faktla əlaqədar araşdırma aparılır.
https://youtu.be/tXNiI_wty-w
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu