Müştərilər "AccessBank"dan pullarını geri çəkirlər - RƏSMİ
“AccessBank”ın cari ilin 1-ci rübünə olan hesabatına görə bankın cəmi aktivləri ilin sonu ilə müqayisədə 2 mln. 545 min manat azalaraq 897 mln. 886 min manata düşüb. “AccessBank”ın cari ilin 1-ci rübünə olan hesabatına görə, bankın cəmi aktivləri ilin sonu ilə müqayisədə 2 mln. 545 min manat azalaraq 897 mln. 886 min manata düşüb.
“Kommersant.az” bankın hesabatına istinadən xəbər verir ki, bankın aktivlərinin “əriməsinin” əsas səbəbi kredit portfelinin azalmasıdır. Belə ki, “AccessBank”da istehlak kreditləri 1 mln. 197 min manat (cüzi artıb), biznes kreditləri 7 mln. 520 min manat, daşınmaz əmlak kreditləri isə 582 min manat azalıb.
MÜŞTƏRİLƏR ƏMANƏTLƏRİNİ GERİ ÇƏKİR
“AccessBank”ın cəmi öhdəlikləri 3 ay ərzində 4 mln. 911 min manat azalıb. Bunun əsasə səbəbi isə müştərilərin bankda olan depozitlərini geri çəkməsidir. Belə ki, bankda əmanəti olan fiziki şəxslər pullarını geri götüblər ki, bu da 56 mln. 754 min manat azalma deməkdir.
Qeyd edək ki, bununla yanaşı, bank öz hüquqi müştərilərini də itirib. Bankda hüquqi şəxslərin depozitləri 15 mln. 855 min manat azalıb. “AccessBank”ın ümumi depozit portfeli 3 ay ərzində 72 mln. 609 min manat azalıb.
Bankın Mərkəzi bank və dövlət fondları qarşısında öhdəlikləri 3 ay ərzində 3 mln. 552 min manat artıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan hökuməti gələn il turizm sektorunda 48 % artım gözləyir
Bağlanan banklardakı əmanətlərin taleyi – ekspert “batmayacaq” deyir...
Neftin qiyməti son 3 ildə ilk dəfə olaraq 70 dolları ötüb
Nazir: Bütün növ pensiyalar artırılacaq
Neftin qiyməti 60 dollardan aşağı düşdü
Azərbaycan nefti bahalaşdı
Azərbaycanda məhsullar bahalaşıb? – Onları cəza gözləyir