Müstəqillik aktına imza atan ilk baş nazir vəfat etdi
Litva tarixinin əhəmiyyətli bir siması, müstəqillik aktına imza atan ilk baş nazir Kazimira Prunskene dünyasını dəyişib.
Minval.info xəbər verir ki, bu barədə “Delfi” nəşri məlumat yayıb. 1990-cı il martın 11-də Litvanın Müstəqillik Aktını imzalayanlardan biri olan professor Kazimira-Danute Prunskene 83 yaşında vəfat edib.
Onun ölüm xəbərini oğlu Vaydotas təsdiqləyib. Kazimira Prunskene, 1988-ci ildən etibarən Litva SSR-in iqtisadi müstəqilliyi konsepsiyasının əsas müəlliflərindən biri kimi tanınırdı. Həmçinin, o, Litvanın SSRİ-dən ayrılmasına səbəb olan “Sajudis” hərəkatının təsisçilərindən biridir. 1990-cı il martın 17-də isə Litvanın ilk hökumətinin Baş naziri vəzifəsinə təyin edilib.
2009-cu ildə Prunskene-nin sovet dövründə DTK ilə əməkdaşlığına dair xəbərlər yayılmışdı. Bu fakt, Litvanın Lüstrasiya Komissiyası tərəfindən təsdiqlənmişdi. Lakin daha sonra uzun müddətli məhkəmə araşdırmaları nəticəsində ona qarşı irəli sürülmüş ittihamlar ləğv edilib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"