Müslüm Maqomayevin unudulmaz irsi: 84 illik sənət yoluna baxış
Bu gün, 17 avqust, Azərbaycanın unudulmaz sənətkarı Müslüm Maqomayevin doğum günüdür. Bu il onun doğulmasından 84 il keçir.
Minval.info xəbər verir ki, Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci ildə Bakıda dünyaya gəlib. İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edən sənətkar, 1962-ci ildə böyük uğur əldə edib.
Maestro Niyazinin tövsiyəsi ilə Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına qatılan Müslüm Maqomayev, oradan medalla geri dönüb. Bu münasibətlə məşhur “Oqonyok” jurnalı onun portretini və “Bakılı gənc dünyanı fəth edir” başlıqlı məqalə dərc etmişdi.
1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olan Maqomayev, “La Skala” teatrında təcrübə keçib. O, Enriko Pyatsa ilə “Sevilya bərbəri” və “Toska” operalarından partiyalar hazırlayıb.
Onun mahnıları böyük tirajla yayımlanırdı və bu səbəbdən sovet estradasının ən parlaq ulduzu sayılırdı. SSRİ-də klassik ariyaları və mahnıları estradaya gətirən ilk şəxs o idi. 31 yaşında SSRİ Xalq artisti adına layiq görülən Maqomayevin repertuarında 600-dən çox əsər var idi.
Müslüm Maqomayev həm də gözəl mahnılar müəllifi idi. Xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi “Azərbaycan” mahnısı ölkəmizə ithaf olunmuş ən gözəl əsərlərdən biridir. O, “Oxuyur Müslüm Maqomayev”, “Nizami”, “Moskva notlarda” filmlərində də rol alıb.
Müslüm Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafına verdiyi töhfələr yüksək qiymətləndirilib və o, “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib. 2008-ci ildə 66 yaşında vəfat edən sənətkar Bakıda Birinci Fəxri Xiyabanda dəfn olunub.
2022-ci ilin 17 avqustunda Bakının Dənizkənarı Milli Parkında Müslüm Maqomayevin abidəsinin açılışı olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib