Müşfiq Abbasov Qurban Qurbanovun tənqid edilməsinə münasibət bildirdi: "Boş söhbətdir"
“Bu şəhərdə” komandasının Heydər Əliyev Sarayında baş tutan “Ev Dar” adlı konsertində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla bağlı səhnə sosial şəbəkələrdə müzakirələrə səbəb olub və birmənalı qarşılanmayıb.
Minval.info xəbər verir ki, “Bu şəhərdə” komandasının prodüseri Müşfiq Abbasov “Teleqraf”a açıqlamasında məsələyə münasibət bildirib:
“Bu, Qurban Qurbanovla bağlı səhnəni tənqid edənlərin öz problemidir. İndiyə qədər verdiyimiz 400-ə yaxın konsertdə Aygün Kazımovanı beş dəfə, Röya Ayxanı bir neçə dəfə parodiya etmişik. Başqa məşhurları yalnız bir dəfə parodiya edirik. Öncə Qurban Qurbanovun səhnəsinə tam baxıb, sonra fikir bildirsinlər.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Çəkilişə icazə verilmədiyi halda çəkiliş edib paylaşmaqla bizim haqqımıza giriblər. Ümumi konsertin tam versiyası hazır olandan sonra onu Qurban Qurbanova göstərmək və sual ünvanlamaq lazımdır ki, necədir? Xoşuna gələ də bilər, gəlməyə də. Bizi boşuna tənqid edirlər, boş söhbətlərdir”.
Qeyd edək ki, “Bu şəhərdə” komandası noyabrın 14 və 15-də ikigünlük konsert proqramı ilə çıxış edib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda