28.08.2026 - 10:15
Ölkə 40 baxış

Musab Məmmədtağıyev Avropanın ən yaxşısı seçildi

Azərbaycan millisinin üzvü Musab Məmmədtağıyev Avropa birinciliyində ən yaxşı kişi idmançısı adına layiq görülüb. Bu mötəbər yarış Kosovanın paytaxtı Priştinada keçirilib və Musab Məmmədtağıyev burada öz üstünlüyünü nümayiş etdirib.

Minval.info xəbər verir ki, SİNCLAİR cədvəli əsasında aparılan hesablamalara görə, Musab Məmmədtağıyev bütün rəqiblərini geridə qoyaraq, ən yaxın izləyicisi olan Ermənistan idmançısı Tiqran Avetisyanı 18 əmsal fərqi ilə üstələyib. O, 70 kq çəki dərəcəsində 3 qızıl medal qazanaraq böyük uğura imza atıb.

Azərbaycan komandası ümumi medalların sayına və əyarına görə 24 komanda arasında 5-ci yeri tutub. İlk altı kollektiv arasında Gürcüstan, Rusiya, Türkiyə, Bolqarıstan, Azərbaycan və Ermənistan yer alıb. Bu nəticə ilə Azərbaycan komandası Ermənistan kollektivini də geridə qoyub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: