19.01.2018 - 23:12
Ölkə
20 baxış
Musa Musayev saxlanıldı
Mahaçqala meri Musa Musayev saxlanılıb.Minval.İnfo-nun məlumatına görə, bu barədə “İnterfaks” agentliyi məlumatlı mənbəyə istinadən xəbər yayıb.
Musayev vəzifəsindən sui-istifadədə ittiham olunduğu bildirilir.
“O, Rusiya Cinayət-Prosessual Məcəlləsinin 91-ci maddəsi ilə saxlanılıb. Şübhəsiz ki, sabah mer bu maddə üzrə ittiham olunacaq və həbs ediləcək”, – deyə mənbə qeyd edib.
Minval.info-nun əldə etdiyi məlumata görə, Musa Musayev Dağıstan büdcəsinə 80 milyon rubl ziyan vurmaqda günahlandırılır. Belə ki, o, Mahaçqalada dövlətə məxsus 17,5 min kvadrat metr torpağın qiymətini 72 dəfə azaldaraq şəxsi mülkiyyətə verib. Dəyəri 81 milyon rubl olan torpaq sahəsi 1,1 milyon rubla satılıb. Beləliklə də İstintaq Komitəsi mer barədə istintaqa başlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
19.10.2026 - 15:34
Məktəb mədrəsə deyil, öz qaydaları var
12.10.2026 - 17:54
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
12.10.2026 - 10:24
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
11.10.2026 - 16:44
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
10.10.2026 - 14:18
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
08.10.2026 - 15:18
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026
08.10.2026 - 15:03