“Müsəlman ölkələrinin rəhbərləri, bunu heç vaxt unutmayın”
“Bu hərbi cinayətə görə təkcə Ermənistan yox, bax, o cinayətlərə göz yuman da məsuliyyət daşıyır”.
“Minval.info” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə səsləndirib.
Dövlət başçısı bildirib ki, uğurlu əməliyyatlarımız buna son qoydu: “Ancaq bu gün qeyd etdiyim kimi, bütün dünya erməni vəhşiliyini görür. Görür ki, ermənilər bizim məscidlərimizi dağıdıblar. 60-dan çox məscid dağıdılıb. Ermənilər bizim məscidlərimizdə inək, donuz saxlayıblar. Bu, bütün müsəlman aləminə təhqirdir. Bir daha sizin qarşınızda bütün müsəlman ölkələrinin rəhbərlərinə üz tutaraq deyirəm, bunu heç vaxt unutmayın, buna göz yummayın, görməməzliyə vurmayın.
Bütün müsəlman aləmini Ermənistan rəhbərliyi təhqir edib. Qəbirləri dağıdan, qəbir daşlarının üzünü sildirən də, Ermənistana satan da ermənidir, ölülərin qızıl dişlərini çıxardan da ermənidir, məscidlərimizi sökən də ermənidir. Kərpic-kərpic o evləri söküb öz daxmasına daşıyan da ermənidir. Bunu hər kəs görür və görməlidir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!