Mühafizə polisləri aptek oğrusunu “iş başında” yaxaladılar - FOTO

Ötən gecə Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 16 ünvanında yerləşən aptekdə mühafizə polisləri tərəfindən oğurluğun qarşısı alınıb.
“Posta.az”-ın xəbərinə görə, gecə saat 04:22 radələrində Nəsimi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən xüsusi vasitələrlə qorunan həmin aptekdən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.
Dərhal hadisə yerinə yaxınlaşan Nəsimi Mühafizə İdarəsinin əməkdaşları, polis serjantları Elmin Rəhimov və Adil Əliyev aptekin kassasından oğurluq etmək istəyən şəxsi tuta biliblər.
Üzərində axtarış aparılarkən həmin şəxsdən kəsici alətlər və hadisə zamanı aptekin qapısını sındırmaq üçün istifadə etdiyi dəmir parçası aşkar olunaraq götürülüb.
Oğurluq etmək istəyən şəxs ərazi üzrə 19-cu Polis Şöbəsinə təhvil verilib.
Şöbədə araşdırma zamanı oğurluğa cəhd göstərən şəxsin paytaxt sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Anar Rəşidzadə olduğu məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bir gündə 31 nəfər koronavirusdan dünyasını dəyişdi
“Prezident məni şəxsən çağırıb tapşırdı ki...”
Xanım deputat anasını dəlixanaya saldırmaq istəyir - Biabırçı əmlak davası
“Aprel şəhidləri”nin ailələrinə mənzil verildi
General Səfər Mehdiyev sərt danışdı : “Xəyanət və rüşvət bağışlanmayacaq!”
Vilayət Eyvazova yeni müavin təyin edildi
Sabahın hava proqnozu açıqlanıb