10.02.2023 - 15:19
RƏSMİ
186 baxış
Müdafiə Nazirliyinin tibb ehtiyatından Türkiyəyə yardım göndərilib - FOTO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələdən zərər çəkən insanlara dəstək məqsədilə həyata keçirilən yardım tədbirləri davam edir.Bu barədə “Minval”a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, zəlzələ nəticəsində xəsarət alanlara dəstək olaraq, Müdafiə Nazirliyinin Tibb İdarəsinin ehtiyatından qardaş ölkəyə zəruri tibbi ləvazimatların göndərilməsi həyata keçirilib.
Tibb İdarəsinin rəhbər heyətinin iştirakı ilə qan əvəzediciləri, antibiotiklər, sarğı və tikiş materialları, dezinfeksiya edicilər, eləcə də digər məsrəf tibbi əmlakdan ibarət, ümumilikdə 15 tonluq yük nəqliyyat vasitəsilə Türkiyəyə yola salınıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən qardaş ölkəyə yardım məqsədilə Azərbaycan Ordusunun bir qrup tibb personalı Kahramanmaraşda zəlzələ nəticəsində xəsarət alanlara səhra hospitalında tibbi xidmət göstərirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
15.10.2026 - 01:46
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
09.10.2026 - 16:38
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
09.10.2026 - 15:18
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
06.10.2026 - 13:39
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
04.10.2026 - 12:25
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
02.10.2026 - 18:53
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO
02.10.2026 - 16:44
FHN-in nəzarətində olan çimərliklərdə sudaboğulma qeydə alınmayıb
29.09.2026 - 11:26








