Azərbaycan Ordusunun bölmələri düşmənin dayaq məntəqəsinə zərbə endirib - VİDEO
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.
Minval.info-nun Müdafiə Nazirliyinə istinadən məlumatına görə, artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.
Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!
Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilir.
Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir.
https://www.youtube.com/watch?v=I8-zgT3w-7c&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orta əməkhaqqı Bakıda yaşam üçün yetərli deyil
Avropada yeni sərhəd sistemi təxirə salındı
Mərkəzi Bankda 32 yaşlı xanıma yüksək vəzifə
Fuad Əliyev yeni vəzifəyə təyin edildi
Bakı metrosunda qatar tuneldə 40 dəqiqə qaldı
Balqabaq mövsümü başladı: Qiymət və faydaları açıqlanır
Bakının əsas yollarında ciddi tıxac müşahidə olunur