13.04.2018 - 11:07
Ordu 1 baxış

Müdafiə Nazirliyi: Ermənilərin yaydığı məlumat yalandır

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun ermənilərə məxsus mülki yük maşınını atəşə tutması barədə yaydığı məlumata münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətindən minval.info-ya verilən məlumata görə, Ermənistan tərəfinin yaydığı məlumat yalandır.

Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovannisyan özünün “Facebook” səhifəsində guya Azərbaycan Silahlı Qüvvələrinin Baqanis sərhəd kəndində mülki yük maşınına atəş tutması haqda məlumat yaymışdı.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: