“Mucize doctor”un məşhur aktyoru Bakıya gəlir
Azərbaycanın iş xanımı Ruhi Əliyevanın təşəbbüsü ilə “Liatris Yapım”ın ərsəyə gətirdiyi “Ağır romantik” filminin təqdimat tarixi bəlli olub.
Minval.info xəbər verir ki, baş rollarını Türkiyənin məşhur aktyoru Onur Tuna və aktrisa Tuvana Türkayın canlandırdığı “Ağır Romantik” Türkiyə də daxil olmaqla Avropa ölkələrində 13 fevral, Azərbaycanda isə 5 mart tarixində “CinemaPlus” kinoteatrlar şəbəkəsində yayımlanacaq.
Filmin qala gecəsinin tarixləri də məlum olub. Belə ki, ekran işinin təqdimatı fevralın 14-ü İstanbulda, martın 7-si isə Bakıda aktyorların iştirakı ilə keçiriləcək.
Qeyd edək ki, “Ağır Romantik”də Altan Erkekli, Gazanfer Gündüz, Semra Dinçer, Servet Pandur, Durul Bazan və Sermiyan Midyat kimi məşhur simalar da rol alıb.
Aktyor Onur Tuna ilə aktrisa Tuvana Türkayın baş rolunu paylaşdığı film sevgidən bəhs edir.
Aslı (Tuvana Türkay) incəsənət həvəskarı ananın (Servet Pandur) və professor olan atanın (Gazanfer Ündüz) konservatoriyada oxuyan gənc qızıdır. Bir gün Beyoğlunda gəzərkən bir adamın hücumuna məruz qalır və çantası oğurlanır. Qorxu və vahimə içərisində olan Aslıya gələcək həyatında böyük sevgisi olacaq Kərəm (Onur Tuna) kömək edir və çantasını tapıb Aslıya verir.
Bu məcburi görüşdən sonra Aslı və Kərəm görüşməyə başlayır və evlənməyə qədər uzanan romantik münasibətlərə başlayır.
Kərəm Aslının adət etmədiyi bir dünyadan gəlsə də, özünü böyük şirkətlərə məsləhət verən maliyyə mütəxəssisi kimi təqdim edir.
Kərəmin atası (Altan Erkekli) İstanbulun ən böyük oğru dəstəsinə rəhbərlik edir. Aslının dayısı isə Təhlükəsizlik Müdiridir (Sermiyan Midyat) və məqsədi bu qarətçi dəstəni çökdürməkdir. Aslı və Kərəmin xoşbəxt günləri, heç vaxt sonunu unutmayacaqları bir günə çevrilir.
Qeyd edək ki, hazırda Onur Tuna Türkiyənin reytinqli serialı olan “Mucize doktor”da, Tuvana Türkay isə “Yasak elma”da rol alır.
ƏLAQƏLİ
“Rəbbim qarşıdakı şərr və müsibətləri qaldırsın...” — Alim Qasımovdan qızına duyğusal təbrik
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi

