Mübariz Qurbanlı: Azərbaycanda din sahəsində problem yoxdur, dini azadlıq tam şəkildə təmin olunur

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ABŞ-da fəaliyyət göstərən Etnik Anlaşma Fondu və “İqls Vinqs” təşkilatının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.
Trend-in məlumatına görə, görüşdə Mübariz Qurbanlı qonaqları salamlayıb.
M.Qurbanlı qonaqlara Azərbaycan haqqında, o cümlədən rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib.
Görüşdə komitə sədri Azərbaycanda din sahəsində mövcud vəziyyət, müxtəlif dini konfessiyaların birgə mövcudluğu haqqında danışıb.
O bildirib ki, Azərbaycanda 32 qeyri-müsəlman dini icması qeydiyyatdan keçib və fəaliyyət göstərir. Komitə sədrinin sözlərinə görə, Azərbaycanda dini fəaliyyətə qadağa qoyulmur:
“Azərbaycanda din sahəsində problem yoxdur, dini azadlıq tam şəkildə təmin olunur, tolerantlıq Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir”.
M.Qurbanlı həmçinin Dağlıq Qarabağ münaqişəsi haqqında danışıb:
“Ermənilər bu münaqişəni dini konteksdə göstərmək istəyirlər, ancaq bunun dinlə heç bir əlaqəsi yoxdur, Azərbaycanın xristian ölkələri ilə yaxşı əlaqələri mövcuddur”.
Görüşdə çıxış edən Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayer qonaqlar adından səmimi qəbula görə təşəkkür edib.
O qeyd edib ki, Azərbaycan dinlərarası dialoq, dinlərin birgə mövcudluğu baxımından böyük rol oynayır və dünyaya bir nümunədir.
Qonaq bildirib ki, Azərbaycanda tolerantlıq əsrlər əvvəl mövcud olub.
Qeyd edək ki, görüşdən əvvəl qonaqlar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nazir gələn il pensiyaya çıxacaq şəxslərlə bağlı vəziyyətə aydınlıq gətirib
“Aztəminatlı əhalinin güzəranı üçün operativ tədbirlər görülməlidir”
Bakının 2 rayonunda su kəsiləcək
Bu gün üç rayonda qaz olmayacaq
Bakıda köhnə binalar sökülür
Bu şəxslər heç zaman kökəlmir