Mübariz Mənsimovun dilini kəsərik! - Eynulla Fətullayev
“Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun “Lotu Quli” ləqəbli, mərhum Nadir Səlifov haqqında dediklərinə jurnalist Eynulla Fətullayev sərt reaksiya verib.
“Minval.info” xəbər verir ki, Lotu Quli ilə fotosunu Feysbuk hesabında paylaşan E. Fətullayev yazıb:
“Qardaşımız Quli həyatda yoxdur, amma biz varıq və ayaqdayıq. Qardaşımıza dil uzadanın dilini kəsərik! M. Mənsimov həyatda ən böyük səhvini etdi”.
Qeyd edək ki, M. Mənsimov Xural TV-nin rəhbəri Əvəz Zeynallıya müsahibəsində “Lotu Quli”nin ona zəng etdiyini və hədə-qorxu gəldiyini deyib:
“Yaz aylarının birində İtaliya nömrəsindən mənə zəng gəldi. Dedi ki, mən Lotu Quliyəm. Bizim qardaşlarımız haqqında çox pis şeylər danışırsan, onları danışmamaq lazımdır. Dedim kimdir sizin qardaşınız? Anar Əliyevin adını verdi. Mənim leksikonumda nə qədər söyüş varsa, hamısını söydüm. O da üzr istəyirəm deyib, telefonu bağladı. Danışığımız bu qədər olub”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Efirdə Qarabağla bağlı nadir kadrları yayımlanıb - Video
Göyçayda 5 ailə köçürüldü - 45 ailə də təhlükədədir
Döyülən məktəb direktoru Facebook vasitəsilə müraciət etdi
Azərbaycanlı xanım idmançı əriylə açıq-saçıq FOTOLARını yaydı
Ermənilər Tovuz istiqamətində atəşkəsi pozub
Azərbaycanda koronavirusa yoluxanların sayı 100-dən aşağı düşdü
“Polis maska və əlcək taxmayan vətəndaşı cərimə edə bilər”