15.11.2018 - 11:18
Ölkə
20 baxış
Mübariz Mənsimovdan Firudin Cəlilova böyük dəstək - VİDEO
Azərbaycanın sabiq təhsil naziri Firudin Cəlilovun fundamental “Doqquz Bitik” 9 cildlik əsəri işıq üzü görəcək.
Cəlilov uzun müddətdən sonra qədim türk tarixi ilə bağlı kitabın nəşri üçün sponsor tapa bilib.
Bu məsələdə ona “Palmali” şirkətlər qrupunun prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimov dəstək verəcək.
Məsələ burasındadır ki, alim bu günlərdə “facebook”dakı səhifəsində adıçəkilən əsərin 6 cildinin hələ də nəşr olunmadığına dair giley edib.
Firudin Cəlilovun gileyindən sonra Mübariz Mənsimov alimin statusuna şərh yazaraq, ona dəstək çıxıb.
“Dəyərli ustadım və qardaşım, Sizin kimi dəyərli insanların hər zaman yanındayam. İnşallah, mütləq sizinlə əlaqə yaradacağıq”, – deyə Mənsimov qeyd edib. Yenicag.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
19.09.2026 - 14:22
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
19.09.2026 - 14:15
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
19.09.2026 - 13:33
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
19.09.2026 - 12:51
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
19.09.2026 - 12:37
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
19.09.2026 - 12:16
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!
19.09.2026 - 12:09
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayı başladı
19.09.2026 - 11:48
