Mübariz İbrahimova həsr edilən serial bu səhnəyə görə dayandırıldı - VİDEO

ATV-də başlayan “Mübarizə” adlı serialın yayımı dayandırılıb.
Minval.İnfo axşam.az-a istinadən xəbər verir ki, bu barədə serialın baş qəhrəmanını canlandıran aktyor Murad Abdullayev “Facebook” hesabında məlumat verib.
“Dostlar, bu səhnəyə görə serialımızı efirdən çıxardılar. Mübariz İbrahimovun ad günündə çox pis zərbə vurdular. Tülkü kimi mənə xəbər etmədən gizlin iş çevirdilər. Mən də hamı kimi serialın cümə axşamı 22:00-da efirə getmədiyini bildim. Sonra “Youtube”da bu səhnəni kəsib yerləşdirdilər. Soruşdum ki, niyə belə etdiniz? Dedilər ki, reytinq vermir, vaxtı dəyişdik. Halbuki vaxtı dəyişəndə mənə deməli idilər və vaxta uyğun anons yığdırıb, iki gün öncə efirə verməli idim ki, insanlar vaxtın dəyişdiyini bilsinlər. Bu mənə qarşı təxribat idi. Biz bu səhnədə tarixdən danışmışıq, həqiqəti demişik” deyə, Murad bildirib.
Qeyd edək ki, “Mübarizə” serialı 17 yanvar tarixindən yayımlanırdı. Sözügedən səhnəni təqdim edirik:
ƏLAQƏLİ
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər