Müəllimin güllələndiyi iş üzrə məhkəmə qapalı keçirildi
Bakıda “İdrak” liseyində müəllimin güllələnməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesinin qismən qapalı keçirilməsinə qərar verilib. Minval.info xəbər verir ki, qərar Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən iclasda qəbul olunub.
Məhkəmədə həm zərərçəkmiş tərəf, həm də təqsirləndirilən yeniyetmənin müdafiəçisi prosesin qapalı keçirilməsi barədə vəsatət qaldırıblar. Zərərçəkmiş tərəf bunu sosial şəbəkələrdə yayılan təhqiramiz və mənfi rəylərlə əsaslandırıb.
Təqsirləndirilən şəxsin vəkili Rəşad Mirmehdizadə isə bildirib ki, məhkəmədə azyaşlı şahidlər ifadə verəcək. Onun sözlərinə görə, proses barədə xəbərlər yayımlandıqdan sonra təqsirləndirilən şəxs və ailəsi barədə sosial şəbəkələrdə nalayiq rəylər yazılır.
Məhkəmə vəsatətləri təmin edərək prosesin qismən qapalı keçirilməsi barədə qərar qəbul edib. Qərarda qeyd olunub ki, ədalət mühakiməsinin maneəsiz həyata keçirilməsi və iştirakçıların sərbəst ifadə verməsinin təmin edilməsi məqsədilə iclasın bir hissəsi qapalı keçiriləcək.
Hazırda qapalı iclasda tərəflərin dindirilməsi davam edir.
Xatırladaq ki, hadisə 2026-cı il fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində baş verib. İstintaqın məlumatına görə, şagird müəllimə odlu silahla atəş açaraq xəsarət yetirib. Hadisədən sonra saxlanılan yeniyetmə barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29 və 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddələri ilə yekun ittiham irəli sürülüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Space TV“ onu günahlandırdı - “Kanalı bu vəziyyətə saldı”
Haluk Leventi qardaşı da satdı - 1.5 milyon dollar açıqlaması
Vəkil açıqladı: Ev dustaqlığında sosial şəbəkə qadağası necə tətbiq olunur?
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Şahin Şıxlinski və oğlu müxtəlif cəzaçəkmə müəssisələrinə göndərilib
"Arzum 9999" Almaniyaya gedə biləcək? – Hüquqşünas açıqladı