Müəllim və həkimlərə şad xəbər - İpoteka kreditinin verilməsi ilə bağlı...
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova ən azı 15 il müəllim və həkim işləyənə güzəştli ipoteka kreditinin verilməsinə güzəştlərin tətbiqini təklif edir.
“Minval.info” trend-ə istinadən bildirir ki, bu, İnsan Hüquqları üzrə Müvəkkilin (ombudsman) “Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” 2018-ci ilü zrə illik məruzəsində qeyd edilib.
Məruzədə təklif edilir ki, ən azı 15 il ümumtəhsil məktəbində müəllim və ya tibb müəssisəsində həkim işləyən şəxslərə ipoteka kreditinin verilməsində güzəştlər tətbiqi edilsin. Bu məqsədlə Azərbaycan Prezidentinin 2016-cı il 22 iyun tarixli, 940 saylı fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi qaydası”na müvafiq bəndin əlavə edilməsi təklif edilir.
Bununla yanaşı, təklifdə dövlət qulluğunda olan, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər üçün güzəştli ipoteka kreditindən istifadə etmək hüququnun əldə edilməsi ilə bağlı müvafiq normativ hüquqi aktlarda müəyyən edilmiş 15 il iş stajı digər imtiyazlı peşə sahiblərinin staj müddətinə uyğunlaşdırılması göstərilir.
Ombudsman bu müddətin ən azı 5 və ya 7 ilə endirilməsini təklif edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır