MTRŞ-dan Mirşahinin televiziya açmasına reaksiya: "Getsin açsın, bizə dəxli yoxdur"
Fəaliyyətini dayandırmış ANS-in vitse-prezidenti Mirşahin Ağayevin yeni televiziya açması ilə bağlı xəbərlər yayılıb.
Yenicag.az-a açıqlama verən Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov bunun MTRŞ-ya heç bir aidiyyatı olmadığını deyib:
“Kimsə internet televiziyası açırsa, bunun MTRŞ-ya heç bir aidiyyatı yoxdur. Mən də saytlardan oxumuşam ki, Mirşahin internet televiziyası açır. Bunun bizə heç bir dəxli yoxdur, gedib açsın.
Biz buna müdaxilə edə bilmərik. Biz MTRŞ tərəfindən ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı və Abşeron ərazisində müsabiqə elan etmişdik. O, bununla bağlı bizə müraciət etməyib. Mirşahin müsabiqədə iştirak etsəydi, məlumatımız olardı”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arzumun azadlığa buraxılması cəmiyyəti iki yerə böldü – Səbəb
“60 ilin adamı” – Rauf Arifoğlu haqqında sənədli film təqdim olunur - VİDEO
Nigar Fərhad haradadır?
"Arzum"un işində barışıq baş tutmayıb: Mərhumun anası razılıq vermir
Rauf Arifoğlu Prezident İlham Əliyevə təşəkkür etdi
Rauf Arifoğlu 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
"Arzum" bu şərtlərlə azadlığa çıxdı