MSK Mehman Hüseynovun şikayətini qismən təmin etdi
Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında 23 dekabr 2019-cu ildə keçirilən bələdiyyə seçkilərində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsinə namizəd olmuş bloqqer Mehman Hüseynovun şikayətinə baxılıb.
Minval.info-nun “APA”ya istinadən məlumatına görə, iclasda səsvermə günü 30 saylı Suraxanı Birinci Dairə Seçki Komissiyasının 24 saylı seçki məntəqəsinin və 31 saylı Suraxanı Birinci Dairə Seçki Komissiyasının 30 saylı seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən bəzi qanun pozuntuları ilə bağlı müraciət dinlənilib, səsvermə günü həmin məntəqələrdə lentə alınaraq sosial şəbəkələrdə paylaşılan görüntülər araşdırılıb
MSK nəzdində Ekspert qrupunun araşdırması zamanı müraciətdə qeyd olunanlar qismən təsdiqini tapıb. Buna görə də MSK 30 saylı Suraxanı Birinci Dairəsinin 24 saylı seçki məntəqəsinin və 31 saylı Suraxanı İkinci Dairəsinin 30 saylı seçki məntəqəsinin nəticələrinin ləğv olunması ilə barədə qərar qəbul edib. Eyni zamanda həmin məntəqələrin məntəqə seçki komissiyaları buraxılıb.
Qeyd edək ki, iki məntəqədə səsvermənin nəticələrinin ləğv edilməsi Qaraçuxur bələdiyyəsinə seçkilərin nəticələrini dəyişməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"