01.02.2020 - 12:48
Seçki
146 baxış
MSK Mehman Hüseynova XƏBƏRDARLIQ ETDİ
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən namizədliyi qeydə alınan Ülvi Həsənov və onun səlahiyyətli nümayəndəsi Mehman Hüseynova rəsmi xəbərdarlıq edilib.“Minval.info”un məlumatına görə, MSK-nın bu gün keçirilən iclasında məsələ müzakirəyə çıxarılıb. Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Kəmaləddin Qafarovun səlahiyyətli nümayəndəsi MSK-ya müraciət edərək bildirib ki, Ülvi Həsənov və onun səlahiyyətli nümayəndəsi Mehman Hüseynovu əvvəlcədən hazırlanmış adamlar vasitəsilə Kəmaləddin Qafarovun seçicilərlə görüşünə mane olmaq istəyiblər. Belə ki, həmin şəxslər əvvəlcədən hazırlanmış insanlar vasitəsilə Kəmaləddin Qafarova qarşı kampaniya aparıblar.
MSK-da müraciət araşdırılaraq, qeyd olunanların həqiqətə uyğun olması qənaətinə gəlinib. Müzakirələrdən sonra MSK Ülvi Həsənov və onun səlahiyyətli nümayəndəsi Mehman Hüseynova rəsmi xəbərdarlıq edib.
Qeyd edək ki, Mehman Hüseynov həm də 31 saylı Suraxanı II Seçki dairəsindən deputatlığa namizəddir.
Açar sözlər:
#Mehman Hüseynov
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Konstitusiya Məhkəməsi seçkilərin nəticələri ilə bağlı QƏRAR VERDİ
05.03.2020 - 12:27
Sabah Konstitusiya Məhkəməsi seçkilərlə bağlı yekun qərarını açıqlayacaq
04.03.2020 - 12:40
MSK seçkini yekunlaşdırdı - bəs namizədlər?
27.02.2020 - 13:30
2 məntəqədə səsvermənin nəticələri ləğv edildi
24.02.2020 - 17:05
MSK bu həftə seçkilərə yekun vuracaq
24.02.2020 - 10:06
MSK Aygün Muradxanlının şikayətini təmin etmədi
21.02.2020 - 17:23