Mövlam Şixəliyevin 9 milyonluq əmlakının müsadirə olunması istənilir - SİYAHI
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev və onun ailə üzvlərinin adına rəsmiləşdirilmiş əmlakların müsadirə olunması istənilib.
“Minval.info” APA-ya istinadla xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısının çıxışında bildirilib.
Ümumilikdə orta bazar dəyəri 9 milyon manatdan çox təşkil edən daşınmaz əmlaklara müxtəlif ərazilərdə yerləşən mənzillər və digər qeyri-yaşayış sahələri daxildir:
Mövlam Şixəliyevin adına rəsmiləşdirilmiş orta bazar dəyəri 2 milyon 600 min manatlıq – Bakının Səbail, Nəsimi, Nizami və və Binəqədi rayonunda yerləşən daşınmaz əmlaklar;
Mövlam Şixəliyevin həyat yoldaşı Aybəniz Şixəliyevanın adına rəsmiləşdirilmiş orta bazar dəyəri 3 milyon 207 min 204 manat Ağdaş şəhərində, Bakının Binəqədi, Nəsimi, Nərimanov və Səbail rayonunda yerləşən daşınmaz əmlaklar;
Mövlam Şixəliyevin oğlu Elşən Şixəliyev və qızı Samirə Şixəliyevanın adına rəsmiləşdirilmiş orta bazar dəyəri 3 milyon 288 min 116 manatlıq Bakının Binəqədi və Səbail rayonlarında yerləşən daşınmaz əmlaklar.
Qeyd edək ki, prokuror ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyevə 14 il, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədova 12 il, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərova 11 il, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərova isə 10 il həbs cəzası istəyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Cəmil Həsənlinin qızı ilə videosu yayılan Mahirin bahalı həyatı - VİDEO
Keçmiş MTN-in bu gün həbsdən çıxan idarə rəisindən açıqlama - Foto
Yasamaldakı yanğının qarşısı niyə gec alınıb? – VİDEO
XİN-də yüksək vəzifə verilən xanım kimdir? - Bioqrafiya
Selçuk Bayraktar:"Bakıda yenidən "TEXNOFEST" keçirməyə hazırıq"
İğdırdan Azərbaycana yol çəkiləcək - Ərdoğan açıqladı