Moskvada məşhur “qanuni oğru” Yaponçiki öldürənlərdən biri saxlanılıb
Rusiyanın paytaxtı Moskva şəhərində kriminal aləmin məşhur avtoritetlərindən sayılan “Yaponçik” ləqəbli Vyaçeslav İvankovun öldürülməsində iştirak edənlərdən biri saxlanılıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə RF İstintaq komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat yayıb.
“Rusiya Federasiyası İstintaq komitəsi, Daxili İşlər Nazirilyinin Moskva şəhəri üzrə baş idarəsi ilə birlikdə Vyaçeslav İvankovun qətli ilə əlaqədar aparılan axtarış tədbirləri çərçivəsində Murtaz Şadaniya adlı şəxsi yaxalayıb. Ona RF Cinayət Məcəlləsinin 105 (adam öldürmə) və 222 (silahlaırn qanunsuz saxlanılması) maddələri ilə ittiham irəli sürülüb”,-deyə məlumatda bildirilir.
Qeyd olunur ki, “Yaponçik” 2009-cu ilin yayında Moskvanın Xoroşevsk şossesində yerləşən restoranlardan birindən çıxarkən snayper atəşi ilə vurulub və aldığı yaradan bir müddət sonra keçinib.
İstintaqın versiyasına görə, Murtaz Şadaniya həmin vaxt Vyaçeslav İvankovun qətlində yer alan mütəşəkkil dəstənin tərkibində olub. Onun əsas vəzifəsi Yaponçiki izləmək və qətl hadisəsinin törədilməsi üçün əlverişli yer və imkanların öyrənilməsi imiş.
Bundan başqa, V.İvankovu öldürən silahın Moskvaya gətirilməsini də o, təşkil edib. Hücum günü, yəni 2009-cu ilin iyun ayının 28-də ittiham olunan şəxs qətli həyata keçirən killer qrupunun ərazi təhlükəsizliyinə cavabdehlik daşıyıb.
İstintaq komitəsi mütəşəkkil dəstənin digər üzvlərinin də tapılacağını və hadisənin bütün detallarının açılacağını qeyd edib.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
