04.09.2026 - 22:09
İqtisadiyyat 12 baxış

Moruq yığmaq cərimələnir: Aparıcıdan etiraz!

Bir neçə həftə əvvəl rayonlardan birində yol kənarında böyürtkən yığan qadınların cərimələnməsi xəbəri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdur. Bu hadisə bir sıra tanınmış şəxslərin diqqətini çəkmiş və onlar mövzuya münasibət bildirmişlər.

Minval.info xəbər verir ki, aparıcı Səidə Bəkirqızı da bu məsələyə öz münasibətini bildirib. O, “Kürün qırağındayam. Deyir ki, moruq yığmaq istəsən, baxmalısan ki, bura meşə massivinə aiddirmi. İndi mən bunu moruqdan necə soruşum? Nə yalan deyim, cərimə 600 manat olandan sonra moruq da dadlı olub” sözləri ilə istehzalı bir paylaşım edib.

Aparıcı həmçinin “Məmurlar talayanda olar, biz yeyəndə yox?” ifadəsini də əlavə edərək, mövcud vəziyyətə etirazını ifadə edib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsinə əsasən, meşə fondu sahələrində yabanı meyvə, giləmeyvə və digər məhsulların icazəsiz yığılması inzibati xəta sayılır və bu halda fiziki şəxslər 400-600 manat məbləğində cərimələnə bilər. Lakin sadəcə yol kənarında böyürtkən yığılması cərimə üçün əsas hesab edilmir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: