Mopedlərlə bağlı yeni rüsumlar müəyyənləşdi
Prezident İlham Əliyev mopedlərlə bağlı bir sıra qanunlara edilən dəyişiklikləri təsdiqləyib.
Minval.info xəbər verir ki, yeni qaydalara əsasən, mopedlərin dövlət qeydiyyatı, texniki baxışı, sürücülük vəsiqəsinin verilməsi və digər xidmətlər üçün dövlət rüsumları müəyyən edilib.
Qanuna əsasən, moped üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi, eləcə də qeydiyyat şəhadətnaməsinin verilməsi üçün hər biri üzrə 30 manat dövlət rüsumu ödəniləcək.
Yeni tariflərə görə, mopedlərin texniki baxışı 15 manat, dövlət qeydiyyatı 10 manat, dövlət qeydiyyat nişanının verilməsi 15 manat təşkil edəcək. Moped idarə etmək üçün sürücülük vəsiqəsinin alınmasına dair imtahanın qəbulu 40 manat, təkrar imtahan isə 20 manat olacaq.
Dəyişikliklərə əsasən, dövlət qeydiyyatına alınmış mopedlər üçün üçüncü şəxslər qarşısında mülki məsuliyyətin icbari sığortası da tətbiq ediləcək.
Qanunda həmçinin qeyd olunur ki, yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə mopedlər müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınacaq, onlara dövlət qeydiyyat nişanı veriləcək və bu nəqliyyat vasitələrinin idarə olunması yalnız sürücülük vəsiqəsi əsasında mümkün olacaq.
Beləliklə, moped idarə etmək üçün “A1” kateqoriyalı sürücülük vəsiqəsi, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanı tələb ediləcək. Qanunvericiliyə əsasən, moped elektrik mühərrikli (kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla) və ya mühərrikinin iş həcmi 50 kubsantimetrdən çox olmayan, maksimal konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsi hesab edilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona
Azərbaycanda iş saatları dəyişə bilər: Yeni qrafik necə olacaq?
Bakıda yeni dərs ilindən saatlar belə işləyəcək-TƏFƏRRÜAT
Sabah 39 dərəcə isti olacaq
Ramiz Mehdiyevin ailəsinə bağlı BOKT-un vergi borcu yarandı
Sosial mediada 50 manat kredit vədi ilə edilən paylaşımlara DİQQƏT