Mogeriniyə Qarabağa qanunsuz səfərlərlə bağlı müraciət

Avropa Parlamentinin Müdafiə və təhlükəsizlik üzrə alt-Komitəsinin sədri Anna Fotiqa tərəfindən Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Federika Mogeriniyə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərlə bağlı müraciət ünvanlanıb.
Trend-in məlumatına görə, müraciətdə Azərbaycan ərazilərinə rəsmi icazə almadan qanunsuz səfər edən Aİ vətəndaşlarının sayında son dövrlər artımın müşahidə olunduğu, bəzi hallarda, hətta Aİ ölkələrində yerləşən turizm agentlikləri tərəfindən təklif edilən bu qanunsuz səfərlərin beynəlxalq hüququ pozduğu, işğala haqq qazandırmaq məqsədi güddüyü və Aİ-nin beynəlxalq nüfuzuna zərbə vurduğu, digər tərəfdən, qanunsuz səfər edənlərin özlərinin də bir çox hallarda “arzuedilməz şəxs” elan edildiyi, həmçinin, hər an hərbi qarşıdurmanın baş verə biləcəyi ərazilərə yollanan Aİ vətəndaşlarının həyatının da təhlükə altına düşə biləcəyi vurğulanıb.
Sözügedən müraciətin sonunda qeyd olunan məqamları nəzərə alaraq, Aİ tərəfindən öz vətəndaşları ilə bağlı bu qəbildən olan qanunsuz səfərlərin qarşısının alınması istiqamətində hansı addımların atıldığı sorğu olunur, İttifaq tərəfindən qanunsuz səfərlərin doğurduğu hüquqi və təhlükəsizlik fəsadları ilə bağlı öz vətəndaşlarını əvvəlcədən xəbərdar edəcək onlayn xəbərdarlığın yayılmasına çağırış edilir.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!