Misirdə yeraltı məzar tapıldı: içindən görün nə çıxdı (FOTO/VİDEO)
Misirin şimalında yerləşən İsgəndəriyyədə inşaat işləri zamanı yeraltı məzar tapılıb.
30 ton ağırlığında olan qəbrin içərisindən bir neçə insan skeleti və su çıxıb.
Qərb mediası məzarın Makedoniyalı İsgəndərə aid olduğunu iddia edib, lakin Misir idarəçiliyi sözügedən iddiaları yalanlayıb.
Sosial şəbəkə isifadəçiləri məzardakı suyun dirilik suyu olduğunu irəli sürərək həmin suyun içilməsi ilə bağlı kampaniya başladıblar.
Misir Tarixi Abidələr İdarəsinin baş direktoru Mustafa Vəziri sözügedən kampaniyaya aydınlıq gətirib.
O, tədqiqatçıların qəbirdəki sudan nümunə götürüb, təhlil etdiklərini və suyun dirilik suyu və ya qırmızı civə deyil, adi yağış suyu olduğunun ortaya çıxdığını bildirib.
Vəziri daha öncə verdiyi açıqlamasında qəbirdən tapılan insan skeletlərinin əsgərlərə aid olduğunu söyləmişdi. O, bunu kəllə sümüyünün formasına əsaslanaraq dediyini, bundan başqa həmin skeletlərin əsgərlərə aid olub olmadığına dair əlavə dəlil olmadığını qeyd edib. Vəziri skeletlərdən birində ox izinə rast gəlindiyini də sözlərinə əlavə edib.
Qurum rəhbəri qəbirin hansı dövrə və kimə aid olduğuna dair heroqlif yazıları və ya işləmələrin olmadığını bildirilir. (qaynarinfo.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şaban geri qayıdır: Ali Sunal ata yolunda
11 sentyabrın gizli şahidi: Holli Ratçford ortaya çıxdı
İran yeraltı raket istehsalına başladı!
Ece Erken oğlunun təhsili üçün Dubaya köçür
Dollar sabit, avro və lirə ucuzlaşdı
Qızıl və gümüş qiymətləri yenidən enir
Sepah Hörmüzdə ABŞ pilotsuz gəmisini vurdu


